Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. Qurumdan SİA-ya verilən məlumata görə, oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Zərdab rayonunda Kürdəmir və Zərdab rayon sakinlərini qəbul edəcək.
Qəbul Zərdab şəhəri, Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti, 1) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB