Yeni Azərbaycan Partiyası tərəfindən 51 saylı Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüş Badamov Azər Camal oğlunun rayonun Ləgərqışlaq, Yasaboba və Əniqoba kənd seçiciləri ilə görüşləri keçirilib.
Görüşlərdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək deputatlığa namizəd Azər Badamovun təbliğat-təşviqat kampaniyası haqqında seçicilərinə ətraflı məlumat verib. O, müasir Azərbaycanın ən qüdrətli və güclü siyasi partiyası olan YAP-ın Milli Məclisə keçiriləcək seçkilərdə irəli sürdüyü namizədlərin hər birinin savadlı, potensiallı və öz peşəkarlığı ilə seçilən, xalqa sədaqətli insanlar olduğunu diqqətə çatdırıb. YAP-ın namizədlərindən olan Azər Badamovun seçicilərinin çoxsaylı səsini qazanaraq millət vəkili seçiləcəyi təqdirdə perspektivli ziyalı olaraq əməli fəaliyyəti ilə seçicilərinin etimadını doğruldacağını diqqətə çatdırıb.
O, çıxışının sonunda bütün seçicilərə müraciət edərək, onları seçkilərdə fəal olmağa və A.Badamovaun namizədliyini dəstəkləməyə çağırıb.
Azər Badamovun vəkili Nadirşah Şirinov çıxışında xalqın iradəsinə əsaslanan seçkilərin nəticələrinin hər zaman Azərbaycan vətəndaşlarının ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirdiyini bildirib.
Seçicilərlə keçirilən tədbirlərdə Milli Məclisə namizəd Azər Badamov ölkəmizin hazırda iqtisadi inkişaf baxımından dünyada ön cərgələrdə addımladığını qeyd edib:"Bu nailiyyətlər düzgün qurulan daxili və xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycanın elə bir regionu yoxdur ki, dinamik inkişaf yolu ilə irəliləməsin".
A.Badamov ölkəmizdəki sabitliyi, əmin-amanlığı qeyd edərək, Azərbaycanda seçkilərin tam şəffaf, demokratik prinsiplər əsasında keçirilməsi üçün şəraitin mövcudluğunu bildirdi. Özünün seçki platforması haqqında məlumat verən A.Badamov 1 noyabrda keçiriləcək seçkilərdə seçicilərini daha fəal olmağa və real namizədə səs verməyə çağırıb. Görüşlərdə seçiciləri maraqlandıran suallar cavablandırılıb.
Görüşlərdə kənd seçiciləri adından çıxış edən Orucəli Xeyirov, Qədiməli Aslanov, Bahagül Arazova, Səfalı Əliyev və başqaları birmənalı olaraq 1 noyabr tarixdə keçiriləcək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB