Suriyanın kürd bölgələrində demokratiyanın yalnız adı var. Bu sözləri "Anadolu Agentliyi"nə müsahibəsində PKK-nın Suriya qanadı PYD-nin sədri Saleh Müslimin Küveytdə yaşayan ilahiyyatçı qardaşı Mustafa Müslim deyib. O, hazırda Kürdüstan dövlətinin qurulmasının real görünmədiyini bildirib:
"Suriyanın şimalında Kürdüstan dövlətinin qurulması hələlik real görünmür. Çünki hazırda kürd dövlətinin qurulması üçün heç bir sistem yoxdur. Bu bölgədə yeganə sistem PKK-dır. PYD və YPG PKK-nın qollarıdır. PYD-ni PKK qurub. Peşmərgə Suriyadakı kürdlərin yalnız 10 faizini təmsil edir. Bu təşkilat özlərinə müxalif olanları tutur, qarşılarına fərqli bir düşüncənin çıxmasını da istəmir. Suriyanın kürd bölgələrində demokratiyanın yalnız adı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB