Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional Ofisi Şimal regionunda gənclərin elmi-mədəni, sosial-iqtisadi inkişaf fəaliyyəti çərçivəsində Quba şəhərində "Sosial Menecment Məktəbi"nə start verdi. Mərkəzdən SİA-ya verilən məlumata görə, "Sosial Menecment Məktəbi" təlim kurslarının keçirilməsində əsas məqsəd region gənclərinin inkişafına və inteqrasiyasına xidmət edən Dövlət Proqramlarını onların diqqətinə çatdırmaq, gənclərin ictimai fəaliyyətdə iştirakını artırmaq və hər zaman qayğı ilə əhatə olunduqlarını hiss etdirməkdir.
Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev bildirmişdir ki, bu gün dövlətimiz özünün siyasətində məhz gənclərin bilavasitə iştirakını əsas prioritet hesab edir. Bu özlüyündə onu deməyə əsas verir ki, Azərbaycan dövləti gənc nəslə etibar edir. Mərkəz olaraq sizinlə görüşməkdə əsas məqsəd sizin ideya və təkliflərinizi bilavasitə özünüzdən alaraq həyata keçirməkdir.
Görüş zamanı Quba gəncləri ilə azərbaycançılıq ideologiyasının təbliği və gənclərin və tələbələrin ictimai fəallığı, insan kapitalının inkişafı, gənclərin elmi fəaliyyəti, onların məşğulluğu, sahibkarlıq fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsi və s. məsələlərlə bağlı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB