"Hər il sosial ipoteka ilə bağlı maliyyə ayrılır. Müvafiq banklar vasitəsilə gənclər ipoteka krediti əldə edə bilirlər. Amma bununla kifayətlənmirik. Əsas məqsədimiz odur ki, ipotekaya ayrılan vəsait daha da çoxaldılsın". SİA-nın məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, yaxın gələcəkdə daha çox gənc sosial ipotekadan bəhrələnə biləcək: "Sosial ipoteka təkcə Bakını deyil, eyni zamanda regionları da əhatə edəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB