Azad Rəhimov: “Yarışlar ərəfəsində Bakı sakinləri bəzi çətinliklərlə üzləşəcəklər” AÇIQLAMA
"Formula 1" yarışlarına hazırlıq davam edir, bununla əlaqədar tenderlər keçirilir. Yarışlar ərəfəsində şəhərimizin sakinləri bəzi çətinliklərlə üzləşəcəklər". SİA xəbər verir ki, bu fikirləri Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar görülən işlər barədə jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, yarışlarla əlaqədar bəzi yollar bağlanacaq: "Asfalt örtüyünün 6-8 sm-lik hissəsi dəyişdiriləcək ki, bu da sakinlərin narahatçılığına səbəb ola bilər. Bundan başqa bəzi yerlərdə səkilərin eni kiçildiləcək, bəzi yerlərdə isə işıq dirəklərinin yerləri dəyişdiriləcək. Lakin bu, "Formula 1" rəhbərliyinin tələbidir. Ona görə də bu işlərin həyata keçirilməsi zəruridir. Ümumilikdə, heç bir ciddi problem yoxdur, hər şey öz qaydasındadır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB