Canavarlar kəndə daraşdı 24 qoyun parçalandı

Canavarlar kəndə daraşdı 24 qoyun parçalandı

Saatlıda şəxsi təsərrüfata hücum edən canavarlar təsərüfat sahibinə xeyli ziyan vurub. 24 baş qoyunu parçalayıb 6-sını isə aparıblar. Təsərrüfat sahibi iddia edir ki, həmin canavarlar qırmızı kitaba düşdüyündən yırtıcını öldürməyə cürət etməyiblər.

Gecə tövləyə girən canavarlar qoyun sürüsünü parçalayıb. Sahibi səhər tövlənin qapısını açdıqda gördüklərindən dəhşətə gəlib. Hadisə Saatlının Əbil kəndində Mehman Orucovun təsərrüfatında olub.

Canavarlar 24 qoyunu parçalayıb, 6-sını aparıb 5-nə isə xəsarət yetirib. Baş vermiş hadisə ilə bağlı olaraq rayon Baytarlıq Xidmətinin əməkdaşları əraziyə gələrək qoyunlardan nümunə götürüb və ərazidə dezinfeksiya işləri aparılıb. Ölmüş qoyunlar basdırılıb.

Təsərrüfat sahibi iddia edir ki, canavarlar qırmızı kitaba düşdüyündən yırtıcını öldürməyə cürət etməyiblər. 7 saylı İmişli Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsindən bildirilib ki, yırtıcılar fərdi təsərrüfata hücum edirsə həmin təsərrüfat sahibinin onu vurmağa ixtiyarı var. Amma vətəndaş adı qırmızı kitaba düşmüş heyvanı ovlayarsa ona cərimə tətbi edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə