Oktyabrın 20-də Masallı rayonunda güclü yanğın hadisəsi baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, rayonun Çaxırlı kənd sakini, 38 yaşlı Qəzənfər Quliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində uşağın əlindəki paltarın elektrik cihazının üzərinə düşməsi nəticəsində güclü yanğın başlayıb. Yanğında ev sahibinin həyat yoldaşı, 24 yaşlı Şahanə Quliyeva, övladları 2 yaşlı Nuran və 4 yaşlı Aylin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanada lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, xəsarət alanların vəziyyəti ağırlaşdığından Bakə şəhərindəki yanıq mərkəzinə yola salınıblar.
Qeyd edək ki, evdəki yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onları səyləri ilə yanğının genişlənməsinin qarşısı alınıb. Ümumi sahəsi 308 kv.m olan 6 otaqlı evin birinci mərtəbəsindəki otaqlardan biri 40 kv.m sahədə içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB