Jeremy Gilley ilə gənclərin görüşü keçirilib

Jeremy Gilley ilə gənclərin görüşü keçirilib

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 20 oktyabr 2015-ci il tarixində İngiltərənin "Peace One Day" Təşkilatının rəhbəri Jeremy Gilley ilə gənclərin görüşünü keçirib. SİA-nın məlumatına görə, görüş Skype vasitəsi ilə canlı yayımlanıb.

Görüşdə gənclərlə yanaşı Azərbaycanda yaşayan Milli İcmaların Koordinasiya Şurasının polşa, rus, tatar, türk, kazak nümayəndələri, media nümayəndələri, AGAT-ın sülh səfiri Avroviziya müsabiqəsinin qalibi Eldar Qasımov da iştirak edib.

Canlı bağlantıda ilk sözü AGAT-ın sədri Nərgiz Xələf açaraq, Jeremini salamlayıb və 2 illik əməkdaşlıq ərzində görülən işlərin video təqdimatını edib. Sonra çıxış üçün söz Eldar Qasımova verilib və o da öz növbəsində Jeremini salamlayıb və gələcək əməkdaşlıq üçün onu Bakıya dəvət edib.

Sülh gününün yaradıcısı Jeremy Gilley əməkdaşlıq çərçivəsində görülən işlərdən məmnun olduğunu bildirdi və ümumiyyətlə AGAT və Azərbaycan Gəncləri ilə əməkdaşlığın "Peace One Day" Təşkilatı üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. O qeyd edib ki, sülh hər birimizdən başlayır və ən birinci biz öz ailəmizi, ətrafımızı buna hazır .etməli və bir gün bütün dünyada sülhün bərqərar olmasına inandırmalıyıq. Birlikdə çalışaraq biz sülhə nail olacağıq. Daha sonra gənclər öz suallarını Jeremiyə ünvanlayıblar və o tək-tək bütün verilən sualları ətraflı cavablandırıb.

Sonda o Azərbaycana səfər edəcəyini və bu barədə planlarının olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə