"Təmiz Şəhər" ASC ətraf mühitin qorunması, o cümlədən illərlə ofislərdə yığılmış kağız və karton ləvazimatların təkrar emalı istiqamətində tədbirlərini davam etdirir. SİA-nın məlumatına görə, "İrəli" İctimai Birliyi ofislərində yığılmış maklaturanı təkrar emal edilməsi üçün "Təmiz Şəhər" ASC-yə təhvil verib. Toplanmış maklatura Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda çeşidlənərək təkrar emala yönəldiləcək. Bununla da, köhnə və yararsız dəftər, kitab və başqa vərəqlərdən yeni kağız məhsulları hazırlanacaq.
Çeşidlənmə və təkrar emal tullantıların ümumi həcmini azaldır, ucuz xammal bazarı formalaşdırır, enerjiyə qənaət olunur və tullantıların ətraf mühitə mənfi təsirini azaldır.
Qeyd edək ki, 1 ton kağız hazırlamaq üçün təxminən 17 ağac kəsilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB