Azərbaycan Prezidenti İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilsin".
Qeyd: Azərbaycanın Milli Qəhrəmanı Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçən Mədət Quliyev 1983-cü ildən daxili işlər orqanlarında xidmət edib.
1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14.02.2011-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli Sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
Ailəlidir. İki övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB