Musa Quliyev: "İctimai nəqliyyatda xidmətin keyfiyyəti yüksələcək"

Musa Quliyev: "İctimai nəqliyyatda xidmətin keyfiyyəti yüksələcək"

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi müzakirə edilib. SİA-nın məlumatına görə, millət vəkili Musa Quliyev bildirib ki, dəyişikliklər ictimai nəqliyyatda həm xidmətin keyfiyyətini yüksəldəcək, həm də təhlükəsizlik qaydalarının həyata keçirilməsinə imkan yaradacaq.

O qeyd edib ki, taksi sürücülərinin vahid geyim formasının tətbiq edilməsi təklif olunur. Deputat deyib ki, taksi sürücüləri nə cür gəldi geyinirlər və onların geyimi nəqliyyatın təhlükəsiz idarə olunmasına mənfi təsir edir.

"Biz ictimai nəqliyyatda siqaret çəkilməsinin qadağan edilməsi haqqında dəyişikliyi qəbul etdik, amma bu, taksi sürücülərinə aid deyil. Bu, xidmət mədəniyyətini yüksəltmir, əksinə bizim qonaqlar və ailə üçün hörtməsizlikdir və sağlamlığa zərər vuran məsələdir. Qanun layihəsinə nəqliyyatın istismar müddəti ilə bağlı müddəalar əlavə etdik. Ola bilsin ki, nəqliyyat vasitəsi yaxşıdır, amma salon çirklidirsə, o yaxşı vəziyyətdə saxlanmırsa, bu, sərnişinlərdə mənfi fikir formalaşdırır"- deyə, millət vəkili əlavə edib.

Deputat bütün taksilərdə taksometrlərin olmasının vacibliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə