"Bu yaxınlarda Naxçıvanda oldum. Bura Azərbaycanın ən inkişaf etmiş, ən mədəni bölgəsidir. Orada hətta "xalturşik" taksi sürücüləri də elə bil dövlət məmurları, dövlət qulluqçularıdır". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Məlahət İbrahimqızı deyib. O, Naxçıvandakı taksi sürücülərinin səliqəli şəkildə kənarda avtomobillərinin yanında dayandıqlarını və müştəri gözlədiklərini qeyd edib. Millət vəkili Bakıda fəaliyyət göstərən hava limanında isə taksi sürücülərinin insanları narahat etdiklərini deyib: "Bakıdakı hava limanında gömrük məntəqəsini keçməmiş taksi sürücülərü adamın "gözünü çıxardırlar". Geyimləri isə səliqəsizdir. Gecə gələndə xarici qonaqlar onlardan qorxarlar. Bu cür möhtəşəm hava limanında belə hallar qəbuledilməzdir. Xahiş edirəm aidiyyatı qurumlar bu təklifləri nəzə alsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB