Bakı ŞİH Müsavatın mitinq keçirilməsinə razılıq verdi

Bakı ŞİH Müsavatın mitinq keçirilməsinə razılıq verdi

Bakı Şəhər İcra Hakimiyyəti (ŞİH) Müsavat Partiyasının müraciətini cavablandıraraq mitinqin keçirilməsinə razılıq verib. SİA-nın Bakı ŞİH-dən aldığı məlumata görə, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 25 oktyabr 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinqin keçirilməsinə razılıq verilib.

Təşkilatçılarından xahiş olunub ki, Azərbaycan Respublikası "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə