Aksiyada Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən Məlahət İbrahimqızı iştirak edibş. Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və rayon gənclər birliyinin təşəbbüsü ilə 18 Oktyabr Müstəqillik Gününə həsr edilmiş "Tələbə Ayı" çərçivəsində "Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz" şüarilə Nəsimi rayon ərazisində keçirilən "Ağacəkmə aksiyası"nda iştirak edib.
Nəsimi rayonu 4-cü mikrorayon ərazisində 20 Yanvar küçəsi boyunca keçirilən "Ağacəkmə aksiyası"nda 500 nəfərdən çox Yeni Azərbaycan Partiyasının fəalı iştirak edib.
Deputatlığa namizəd Məlahət İbrahimqızı çıxış edərək, tədbir iştirakçılarına respublikamızda ənənəyə çevrilmiş bu aksiyanın önəmindən danışıb. Eyni zamanda, YAP gənclərinin Heydər Əliyev Fondunun vitse-prezidenti İDEA-nın rəhbəri Leyla xanım Əliyevanın ölkəmizdə və beynəlxalq səviyyədə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi əhəmiyyətli və böyük layihələrinə hər zaman dəstək verdiklərini qiymətləndirərək gələcəkdə də belə nəcib missiyaların həyata keçirmələrinə əmin olduğunu bildirib.
"Ağacəkmə aksiyası"nda iştirak edən Nəsimi rayon sakinləri YAP gənclərinin ölkə gənclərinin öncülü olduğunu bildirərək, onların fəaliyyətinə ictimaiyyətin öz rəğbət və hörmətlərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB