Bahar Muradovanın seçiciləri ilə görüşləri davam edir

Füzuli seçiciləri öz seçimlərində qərarlıdırlar - YAP-ın namizədinə səs verəcəklər
Bahar Muradovanın seçiciləri ilə görüşləri davam edir

YAP-ın 84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizədi Bahar Əvəz qızı Muradovanın Füzuli rayonun düşmənlə təmas xəttində yerləşən Balabəhmənli, Şükürbəyli və Əhmədbəyli kəndlərində seçicilərlə növbəti görüşü keçirilib.

Keçirilən görüşü Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan deputatlığa namizəd Bahar Əvəz qızı Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova tədbir iştirakçılarını salamlayaraq, respublikamızın mötəbər bir seçki ərəfəsində olduğunu vurğulayaraq, hər kəsi bu kampaniyada fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırdı.

YAP-ın deputatlığa namizədi Bahar Muradovanın geniş həyat fəaliyyəti və yaradıcılığı barədə danışan A.Həşimova Füzuli seçicilərinin düzgün seçim edəcəyinə dair heç bir şübhənin olmadığını bildirdi: "Füzuli seçiciləri öz seçimlərində qərarlıdırlar - YAP-ın namizədi Bahar Əvəz qızı Muradovadır".

Çıxış edən kənd sakinləri İltifat Qasımov, Adilə Qurbanova, Çingiz Həsənov Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz siyasətindən söz açaraq, bu gün bu siyasətin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin sayəsində ölkəmizdə olan siyasi sabitlikdən və əmin-amanlıqdan danışdılar. Elnur Bəstəliyev dövlətimizə və dövlətçiliyimizə inanaraq ölkə başcısının ətrafında sıx birləşəcəklərini və Ulu Öndər yolunda qətiyyətlə addımlayacaqlarını bəyan etdilər.

Bahar Muradova çıxış edərək kənd sakinlərinə xoş münasibət və səmimi sözlərə görə təşəkkürünü bildirdi. Cəbhə bölgəsində yerləşən kənd sakinlərinin qəhrəmanlığından və igidliyindən söz açan Bahar Muradova, cəbhənin təmas xəttində yerləşməsinə baxmayaraq, dövlət tərəfindən kənddə aparılan abadlıq və quruculuq işlərindən, yeni istifdəyə verilən yollardan, eləcə də sosial yönümlü binaların inşasından söz açaraq dövlət başcısının məcburi köçkünlərə olan diqqət və qayğısından danışdı. Sonra YAP-ın ölkənin siyasi nüfuzunda xüsusi yerini qeyd edən Bahar Muradova, xalqı işığa doğru aparan bu yolun düzgün yol olduğunu bildirdi. Hər kəsi bu yolda bir olmağa, dövlət başçısının ətrafında birləşməyə və Ulu Öndər izi ilə addımlamağa dəvət edən Bahar Muradova qarşıdan gələn seçkilərdə kənd sakinlərini seçkilərin demokratik şəkildə keçməsi üçün öz iradələrini seçki məntəqələrində ifadə etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırdı.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə