Qış mövsümündə Samux rayonunda fəaliyyət göstərən məktəblərin 50 faizi müasir istilik sistemi ilə qızdırılacaq. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yerdə qalan məktəblər isə odun yanacağı və elektrik enerjisinin ümidinə qalıb. Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, məktəblərdə mövsümə hazırlıq işləri başa çatdırılıb. Ehtiyac duyulan məktəblərə normaya uyğun olaraq odun yanacağı verilib, qazanxanalar istismara hazır vəziyyətə gətirilib. Əvvəlki illərdə əsas çətinlik rayonun Gürcüstanla sərhəd olan Eldar zonasında yaşandığından bu il sözügedən əraziyə nəzarət bir qədər gücləndirilib.
Qeyd edək ki, Samux rayonunda 35 məktəb fəaliyyət göstərir ki, onlardan 20-si yeni binadır.
.jpg)
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB