Göygöl Elektrik Şəbəkəsi payız-qış mövsümünə hazırlıq məqsədi ilə rayon ərazisində yararsız işıq dirəklərini və köhnə naqilləri dəyişdirir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Göygöldə qısa müddət ərzində müxtəlif gərginlikli 200-ə yaxın köhnə işıq dirəyi yeni beton və dəmir dayaqlı dirəklərlə əvəz olunub. Həmçinin 5000 metrə yaxın yararsız elektrik naqili dəyişdirilib. Payız-qış mövsümünə hazırlıqla bağlı işlər bununla yekunlaşmır. Görülən işlər nəticəsində qış aylarında əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatında problemlər yaşanmayacaq. Göygöl rayonu üzrə yayda aylıq sərfiyat 8 milyon kilovat saat olursa, qış mövsümündə 10 milyon kilovat saata qədər artır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB