Bu gün Azərbaycan Milli QHT Forumu (MQF) və "Heydərçi Gənclər" İctimai Birliyinin təşəbbüsü ilə Bakı Avrasiya Universitetində "Müasir Azərbaycan və Heydər Əliyev" mövzusuna həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Bakı Avrasiya Universitetinin rektor əvəzi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Mənsim Məmmədov açıb.
Sonra Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində tarixi xidmətləri barədə çıxış edərək bildirib ki, Müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir.
"Müasir Azərbaycan və Heydər Əliyev" mövzusuna həsr olunmuş tədbirdə MQF Elm Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova, "Əsgər Anaları Şurası" İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin professoru Leyla Gərayzadə, "Heydərçi Gənclər" İctimai Birliyinin sədri Akif Kərimov, "Heydərçi Gənclər" İctimai Birliyinin Sumqayıt şöbəsinin sədri Anar İsayev Ümummilli Lider Heydər Əliyevin Müasir Azərbaycanda dövlət quruculuğuna göstərdiyi mühüm əhəmiyyətli fəaliyyəti barədə məruzə ilə çıxış ediblər.
Daha sonra tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunan, Bakı İncəsənət Kollecinin tələbəsi Murad Əliyevin ifasında şeir səslənib.
Sonda Bakı Avrasiya Universitetinin rektor əvəzi Mənsim Məmmədov Azərbaycan Milli QHT Forumu ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsi, gələcəkdə mütəmadi olaraq birgə tədbirlərin keçirilməsinin əhəmiyyətli olacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB