Moskvada Ulu Öndər Heydər Əliyevlə bağlı esse müsabiqəsi keçirildi

Moskvada Ulu Öndər Heydər Əliyevlə bağlı esse müsabiqəsi keçirildi

Moskvada Azərbaycanın Dövlət Müstəqillik Gününə həsr olunan "Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının yenidən qurulmasında rolu" mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının Rusiya Nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondu tərəfindən təşkil olunan tədbirdə ilk öncə qaliblər müəyyənləşib. Qonaqları salamlayan və Ulu Öndər Heydər Əliyev haqqında məlumat verən Azərbaycan təmaüllü məktəbin metodisti Elmira Süleymanova və ASGA-nın Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili tədbirin əhəmiyyətindən danışıblar. Toğrul Allahverdili çıxışında qeyd edib ki, tədbirin təşkilində məqsəd Heydər Əliyev irsini və Ulu Öndərin Rusiya ilə Azərbaycan arasında olan xidmətlərini rusiyalı gənclərə və burada təhsil alan azərbaycanlılara aşılamaq və iki xalq arasındakı dostluğa öz töhfəmizi verməkdir".

Daha sonra qaliblər səhnəyə dəvət edilib. Beləliklə, 3-cü yerə tələbə Dimitriy Kruqlıx, 2-ci yerə Azərbaycan təmaüllü məktəbin tələbəsi İrina Xarkova, qalib isə Azərbaycan Konqresinin İstira şəhər nümayəndəsi Ramil Əliyev olub.

Tədbir çıxışlarla davam etdirilib. Azərbaycan mədəniyyətinin inkişaf və intibah fondunun sədri Şamil Tağıyev, "Yeni Çağ" informasiya portalının rəhbəri Aqil Ələsgər çıxış edərək tədbirin əhəmiyyətini və Azərbaycan və Rusiya gəncliyinin Heydər Əliyev şəxsiyyəti ilə yaxından tanış olmalarının önəmini vurğulayıblar.

Azərbaycan səfirliynin müşaviri Arif Babayev, keçmiş Azərbaycan SSRİ-nin daxili işlər nazirinin müavini Vladislav Şevçov çıxışlarında Ümummilli Lider Heydər Əliyevin bir rəhbər kimi keyfiyyətlərini bildiriblər. Ulu Öndərin Azərbaycan xalqı, Azərbaycan dövləti üçün etdiklərinin əvəzsizliklərini diqqətə çatdırıblar.

Ümumilli Liderin şəxsi mühafizəçisi olmuş Viktor Nemuşkin isə dahi şəxsiyyətlə bağlı maraqlı xatirələrini bölüşüb. Ulu Öndərin gün ərzində 12-14 saat işləməyini vurğulayan Viktor Namuşkin sözlərinə belə davam edib: "Dahi şəxsiyyt istirahətin nə olduğunu bilmirdi, onu həmişə, öz işyerində görmək mümkün idi. O dahi insanla işləmək, onun təcrübəsindən bəhrələnmək mənə qismət oldu. Azərbaycan və Rusiya dövlətləri arasında gözəl münasibətlərin qurucusu olan Ümumilli Liderlə bir yerdə işləməyimdən mən fəxr edirəm".

Tədbir Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Qorxmaz Axundovun Heydər Əliyevin sevimli mahnılarından olan "Küçələrə su səpmişəm" musiqisinin ifası ilə davam etdirilib. Azərbaycan təmayüllü, Kərim Kərimov adına məktəbin şagirdləri isə Ulu Öndər haqqında yazılmış şerləri səsləndiriblər.

Tədbir "Azərbaycan" mahnısı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə