2016-cı il üzrə dövlət büdcəsi sabah Milli Məclisdə keçiriləcək iclasda təsdiq ediləcək. Bu məlumatı SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov verib.
Millət vəkili bildirib ki, 2016-cı il üzrə dövlət büdcəsi hələ Milli Məclis tərəfindən təsdiq edilməyib: "2016-cı il üzrə dövlət büdcəsi sabah Milli Məclisin iclasında təsdiq ediləcək. Bu büdcədə neft 50 dollardan götürülüb. Neftin büdcədəki qiymətini qərarlaşdırmaq üçün müəyyən müddət gözləyib beynəlxalq aləmdəki vəziyyəti izləyəcəyik".
Vahid Əhmədovun sözlərinə görə, 2016-cı il üzrə dövlət büdcəsi normal büdcədir: "2016-cı il üzrə dövlət büdcəsində sosial layihələrin həyata keçirilməsi üzrə bütün vəsaitlər öz əksini tapıb. Sosial layihələrin yerinə yetirilməməsi üçün heç bir problem yoxdur. Burada əmək haqqı və pensiya kimi sosial xidmətlərin hamısı yüksək səviyyədə öz əksini tapıb. 2016-cı il dövlət büdcəsində heç bir ciddi problem yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB