“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir

"Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində növbəti tədbir 17 oktyabr 2015-ci il tarixdə Şəmkirdə və 18 oktyabr 2015-ci il tarixdə Tovuz rayonunda keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə millət vəkili Qənirə Paşayeva, Tovuz RİH-nin başçısı və bu rayonların Gənclər və İdman İdarələrinin rəhbərləri iştirak ediblər.

Tədbirin sonunda tədbirdə iştirak edən 200-ə qədər uşağa müxtəlif idman ləvazimatları paylanıb.

Bu barədə məlumatı AFFA-nın 1-ci vitse-prezidenti " Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsinin rəhbəri Rauf Əliyev təqdim edib.

Qeyd edək ki, Azərbaycanda 2003-cü ildən başlayaraq "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq və sağlam həyat tərzini təbliq etmək etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə