Azərbaycan Səfəvilər dövləti milli kimliyimizdə başlıca amil olaraq Dəyirmi Masa
Oktyabr ayının 17-də "Oğuz" Müstəqil Araşdırmacılar Qrupu "Azərbaycan Səfəvilər dövləti milli kimliyimizdə başlıca amil olaraq" mövzusunda Milli QHT Forumun Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbiri "Oğuz" MAQ rəhbəri Vüqar Zifəroğlu açıb. O, bildirib ki, rəhbərlik etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir və bu dəyirmi masa da onlardan biridir.
Daha sonra mövzu ilə bağlı çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru Əkbər Nəcəf qeyd edib ki, istər Səfəvi xanədanının təməlində, istərsə də Səfəvilər İmperiyasının özlüyündə türk amili mühüm yer tutur. Səfəvilər Azərbaycan dövlətçiliyinin əsasını və milli kimliyimizin başlıca dəyər nöqtələrindən birini təşkil edir.
Çıxışda Səfəvilər barədə bu günədək geniş elmi ictimaiyyətə açıqlanmamış bir sıra maraqlı məsələlərə toxunulub.
Məruzəçidən sonra çıxış edən "Oğuz" MAQ İdarə Heyətinin üzvü, araşdırmacı Ceyhun Bayramlı birliyin mövzu ilə bağlı hazırladığı slaydı təqdim edib.
Tədbir maraqlı diskussiyalar və polemik çıxışlarla yadda qaldı.
Sonda çıxış edən V.Zifəroğlu tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, bu ilin sonunadək bir necə belə tədbir keçirməyi planlaşdırdıqlarını vurğulayıb və noyabrda daha bir dəyirmi masa təşkil edəcəklərini bildirib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB