Türkiyədən Şimali Kiprə su kəməri çəkildi

Türkiyədən Şimali Kiprə su kəməri çəkildi

Türkiyədən Şimali Kiprə çəkilmiş içməli su kəmərinin oktyabrın 17-də istifadəyə verilməsi mərasimi keçirilib. Mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və digər rəsmi şəxslər dənizin dibi ilə çəkilən kəmərin Şimalı Kiprin həyatındakı önəmli rolundan danışıblar.

Türkiyə dövlətinin başçısı diqqətə çatdırıb ki, müraciət ediləcəyi halda bu sudan Kiprin yunanlar yaşayan hissəsinə də verilə bilər.

Ümumilikdə 107 kilometr uzunluğunda olan Alakörpü-Geçitköy içməli su boru xəttinin 80 kilometri dənizin dibi ilə çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə