Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən namizədliyi irəli sürülən Naxçıvanlı Aqiyə Həbib qızı Oğuz rayonunda və rayonun Bucaq və Muxas kəndlərindəki seçiciləri ilə görüş keçirib. Millət vəkilliyinə namizədin səlahiyyətli nümayəndəsi Saleh Məhərrəmov çıxışında Aqiyə Naxçıvanlının əmək fəaliyyəti və platforması barədə seçicilərə geniş məlumat verib. Qeyd olunub ki, onun ictimai-siyasi fəaliyyəti ölkəmizin inkişafına yönəlib. Eyni zamanda elm və təhsil sahəsində əldə edilən nailiyyətlərdə də Aqiyə Naxçıvanlının töhfələri vardır. Səlahiyyətli nümayəndə seçiciləri noyabrın 1-də Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Namizədin vəkilləri Quliyev Seyidməmməd və Emin Əzimli də öz çıxışlarında onun layiqli namizəd olduğunu vurğulayaraq, seçiciləri fəal olmağa və YAP-ın namizədinə səs verməyə dəvət ediblər.
Sonra millət vəkilliyinə namziəd Aqiyə Naxçıvanlı çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticələrindən ətarflı danışıb. O, qeyd edib ki, son illərdə Azərbaycan Respublikası Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edib və bu gün də bu inkişaf davam edir. Bütün bunlar isə bilavasitə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün ölkəmizin rəhbəri Cənab İlham Əliyev tərəfindən müdirkilə davam etdirilən siyasətin bariz nəticələridir. O, həmçinin bildirib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları da uğurla həyata keçirilir: "Bütün bunlar xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir".
Aqiyə Naxçıvanlı seçki günündə hər kəsi fəal olmağa, seçki məntəqələrinə gələrək, öz namizədlərinə səs verməyə çağırıb.
Daha sonra çıxış edən seçicilər - əməkdar müəllim Təranə Quliyeva, Oğuz rayon 1 saylı məktəbin müəllimi Təranə Zəkəriyyəyeva, eləcə də Bucaq kənd orta məktəbuinin direktoru Svetlana Rüstəmova, kənd sakini Qüdrət Məmmədov da noyabrın 1-də Yeni Azərbaycan Partiyasının namizədi Naxçıvanlı Aqiyə Həbib qızına səs verəcəklərini bildiriblər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının namizədi ilə seçicilər arasında diskussiyalar aparılıb. O, seçicilərə seçki platforması və planları barədə daha ətraflı məlumat verib, kənd sakinləri tərəfindən irəli sürülən fikir və təkliflərini dinləyib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB