İki gündür Cənub bölgəsinə yağan aramsız yağıntı daha çox Lənkəranda çətinliklər yaradıb. SİA-nın Cənub bürosunun məlumatına görə, yağıntının miqdarının normadan artıq olması Bürcəli, Türkərkəran və Yuxarı Nüvədi kəndlərinin su altında qalmasına səbəb olub. Həyətyanı sahələri ağuşuna alan yağış suları yaşayış evlərini suya qərq edib. Nəticədə sakinlər çıxılmaz vəziyytə düşüblər. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional mərkəznin 5-dən artıq texnikası və 10 na yaxın canlı qüvvəsi həmin ərazilərə cəlb olunub.

Gecə saat üç radələri olmasına baxmayaraq xilasetmə işləri davam etidirlib. Sel sularının əhatə etdiyi 10-dan artıq evdən 20-yə yaxın sakin çıxarılaraq yaxınlarının evlərinə yerləşdirilib. Təbii fəlakət nəticəsində xəsarət alan olmasa da sakinlərə xeyli maddi ziyan dəyib.
Həyətyanı sahələrə yığılan syun hündürlüyü 1, bəzi yerlərdə isə 2 metrə çatıb. Bundan başqa dağlardan gələn sel sularının yola axması nəticəsində Ələt-Astara magistralının rayonun Bürcəli və Türkəkəran kəndlərindən keçən hissələri su altında qalıb. Nəticədə avtomobillərin hərəkətində çətinliklər yaranıb. Həmçinin Lənkəran şəhərinin bəzi əraziləri su altında qaldığından sakinlərin gediş-gəlişi üçün problemlər yaranıb.
Hazırda bölgədə küləklə müşahidə olunan yağıntılı hava şəraiti davam edir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB