SHXÇDX-nin Masallı rayon şöbəsində gənclərə görüş olub FOTOLAR

SHXÇDX-nin Masallı rayon şöbəsində gənclərə görüş olub FOTOLAR

Bu gün Masallı rayonundakı Heydər Əliyev Mərkəzində müddətli həqiqi hərbi xidmətini başa vuran hərbi vəzifəlilərlə görüş keçirilmişdir. SİA-nin məlumatına görə, ilk öncə tədbir iştirakçıları dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin mənalı ömür yolunu və zəngin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Rayonda Heydər Əliyev Mərkəzində keçirilən tədbir gənclərin mükafatlandırılması ilə davam etdirilib. Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi polkovnik Rəsul Quliyev Azərbaycan ordusunda aparılan genişmiqyaslı islahatlardan danışıb. Şöbə rəisi vurğulayıb ki, Azərbaycan ordusunun günü-gündən artan gücü məhz ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir: "Bu gün hər bir gənc Azərbaycan ordusunda xidmət etməsi ilə iftixar hissi duymalıdır. Ölkəmizin müdafiəsi hər birimizin borcudur. Hər zaman əldə silah torpaqlarımızın müdafiəsinə hazır olmalıyıq".

Daha sonra müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan xidmətdə fərqləndiyinə görə hərbi vəzifəlilərin bir qismi qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə