Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin baş ofisində, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, YAP Gənclər Birliyinin təşkilati dəstəyilə həyata keçirilən "Hər kitab bir ağacdır" layihəsinin bağlanış tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən layihə rəhbəri Maya Məmmədova gənclərə layihənin əsas məqsədlərindən söz açıb. Qeyd edib ki, bu gün təbiətin qorunması, onun mühafizəsi hər bir vətəndaşın vəzifəsi və həyat tərzi olmadır. Bu sağlam gələcək üçün çox vacib məsələdir. Daha sonra layihə çərçivəsində çap olunan kitabdan söz açan Maya Məmmədova vurğulayıb ki, bu kitab bir çox gənc üçün kağızlardan səmərəli istifadə və təbiəti qorumaq sahəsində əsl mənbədir. Tədbirdə çıxış edən YAP Gənclər biriliyin kordinatoru Elmar Məmmədov layihənin faydalarından söz açıb. Daha sonra layihə çərçivəsində fəal gənclər mükafatlandırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB