Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynov Fransanın Strasburq şəhərində Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının 34-cü və Avropa Şurasının Gənclər üzrə Birgə Şurasının 33-cü iclasında iştirak edib. SİA-nın məlumatına görə, iclas zamanı Avropa Şurasının Gənclər Departmentinin rəhbəri Antje Routhemund ilə fikir mübadiləsi aparılıb, Avropa Şurasının gənclər sektoruna dair təqdimatlar və hesabatlar dinlənilib. Daha sonra gənclər sektorunun 2014-2015-ci il üzrə əsas proqramlarına, 2015-ci il üzrə tədbirlər təqviminə nəzər yetirilib, gənclər sektorunun 2016-2017-ci il üzrə əsas prioritetləri müəyyənləşdirilib və dəyişiliklər edilib. Həmçinin iclasda cari vəziyyətlə bağlı müzakirələr aparılıb. Avropa Şurasının əsas prioritetlərindən biri olan "Nifrət Nitqinə Yox Hərəkatı" Beynəlxalq kampaniyası da iclas zamanı müzakirə olunan mövzülardan olub. Kampaniyanın 2015-ci ilin may ayında yekunlaşdırılmasının nəzərdə tutulmasına baxmayaraq, bu kampaniyanın növbəti illərdə davam etdirilməsinə səbəb olmuşdur. Daha sonra, Avropa Şurasının Baş katibi Turborn Yaglandın iştirakı ilə "Nifrət Nitqinə Yox Hərəkatı" kampaniyası heykəlinin açılış mərasimi baş tutub.
Qeyd edək ki, ARGTMŞ-ın Baş katibi Seymur Hüseynov 2014-2015-ci illərdə Avropa Şurası Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib.
Məlumat üçün bildirək ki, "Nifrət Nitqinə Yox Hərəkatı" kampaniyası 2012-2014-cü illərdə həyata keçirilən "Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi" layihəsinin bir hissəsidir. Kampaniyanın Azərbaycan üzrə milli əlaqələndiricisi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasıdır. Həmçinin ARGTMŞ-ın baş katibi Seymur Hüseynov "Nifrət Nitqinə Yox" Beynəlxalq kampaniyasının idarə heyətinin üzvüdür.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB