""Asan Xidmət" Azərbaycanın tarixi nailiyyətidir" AÇIQLAMA

""Asan Xidmət" Azərbaycanın tarixi nailiyyətidir" AÇIQLAMA

"Asan Xidmət"in yaranması Azərbaycan üçün çox böyük və tarixi nailiyyətdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev deyib.

O, "Asan Xidmət"in ictimaiyyətə göstərdiyi faydadan danışıb: ""Asan Xidmət" müstəqil Azərbaycanın ən uğurlu layihələrindən biridir. Bu layihə dünya ictimaiyyəti tərəfindən maraqla izlənilən, qəbul olunan, müxtəlif ölkələr tərəfindən öyrənilib tətbiq olunan Azərbaycan modeli və brendidir".

Musa Quliyevin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Asan Xidmət"i yaratmaqla Azərbaycanda bir çox problemləri köklü şəkildə həll etməyə nail olub: "İlk növbədə məmur bürokratiyası aradan qaldırıldı, vaxt itkisinə son qoyuldu, bəzi rüşvətxorluq və korrupsiya halları tamamilə həll edildi. Hazırda vətəndaşın dövlət və hakimiyyətlə münasibətləri tam səmimi və şəffaf bir müstəvidə həyata keçirilir. Azərbaycanda istənilən vətəndaş istədiyi məlumatı, sənədi, ona lazım olan əməliyyatı çox qısa, şəffaf və rahat şəkildə həyata keçirə bilir. Demək olar ki, "Asan Xidmət"in yaranması Azərbaycan üçün çox böyük və tarixi nailiyyətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə