Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, YAP Gənclər Birliyinin təşkilati dəstəyilə həyata keçirilən "Şəhidim" layihəsinə start verilib. SİA-nın xəbərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd insanlara vətənə və millətə məhəbbət ruhunun aşılanması, onlara ən müqəddəs hisslərdən biri kimi vətənpərvərlik hissinin təbliğ edilməsindən ibarətdir. İnsanlara şəhidlərimizin heç bir yerdə səsləndirilməyən şərəfli ömür yolu və döyüş tarixçəsi barədə məlumatlar çatdırmaqdan ibarətdir. Layihə Rəhbəri YAP Gənclər Birliyinin fəal gənci Vüsalə Fətullayevadır.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB