Samux Elektrik Şəbəkəsi qış mövsümünə hazırlıq çərçivəsində nəzərdə tutulan tədbirləri uğurla yerinə yetirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, müxtəlif ölçülü 170 beton və 300 metal dayaq dəyişdirilib. 50 kilometr uzunluğunda elektrik xətti təmir edilib. 8 kilometrlik naqil yenilənib. Bununla yanaşı, Samux şəhərində naqillərin sip kabellələrlə əvəz olunması uğurla davam etdirilir. İlin sonuna qədər rayonun yeni salınan yaşayış massivlərində smartkart tipli elektron sayğaclar quraşdırılacaq. Samux Elektrik Şəbəkəsi 12500 abonentə xidmət göstərir.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB