Xəbər verdiyimiz kimi Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-ci il oktyabr ayının 15-nə təsadüf edir. Hacı Seyidağa Abbasov SİA-ya açıqlamasında bildirib ki, bu ay dini baxımdan haram aydır: "Bu o demək deyil ki, məhərrəmlik ayında bir şey edib, digərini etmək olmaz. Bu ay Allah yanında müqəddəs olan 4 aydan biridir. Hicri-qəməri təqvimin ilk ayıdır. Bu ayda kədər, qəm, qüssə var. Məhərrəmlik ayında təbii fəlakətlər, tarixin yaddaşına düşəcək hadisələr, ictimai-siyasi məqamlar, müharibə və qətllər gözlənilir. Məhərrəmlik ayında çoxlu sayda fələkatlər tarixin yaddaşına düşüb. Bizim üçün müqqəddəs, əziz bir adamın qətli, şəhadəti Məhərrəmlik ayına təsadüf edib. Aşura sözünün mənası da "10", yəni onuncu gün deməkdir. Xüsusi ilə qeyd edim ki, Məhərrəmlik ayına qara gün kimi baxmaq düzgün deyil. İslam dininin özü də müqqədəs, sülh, təmizlik, birlik, sağlamlıq, dinidir. Ona görə də məhərrəmlik ayına qara don geyindirərək, bu prizmadan baxmaq lazım deyil. Bizi istəməyən kənar qüvvələr var. Onlar bu cür hadisələrdən istifadə edib, müsəlmanları bir-birlərinə qırdıra bilərlər. Ona görə də indi birlik vaxtıdır. Bu ayı kütləvi ağlaşma, yas mərasimi kimi başa düşməsinlər. İnsanlar şüurlu şəkildə məscidlərə gedərək, ziyarət edə bilərlər. Ancaq küçələri bağlamaqla, kütləvi ixtişaşlar törətməkləri yanlışdır. Bu gün əfsuslar olsun ki, paytaxtımızda sonuncu toy günüdür. Bu düzgün yanaşma deyil. El şənliklərinin, nışanların, xınayaxdıların edilməsi yasaq deyil. Allahın dinində belə bir qadağa yoxdur. Buna sadəcə olaraq insanların özləri qadağa qoyublar. Məhərrəmlik ayının əsas qayəsi birlik və bərabərlikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB