"Kommunal və nəqliyyat sektorunda qiymətlər arta bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev 2016-cı ilin dövlət büdcəsi ilə bağlı danışarkən deyib.
İqtisadçı bildirib ki, büdcə ölkənin əsas maliyyə sənədidir və buna görə də büdcənin strukturuna baxaraq ölkə iqtisadiyyatı barədə növbəti ildəki vəziyyətlə bağlı fikir səsləndirmək olar: "2016-cı ilin dövlət büdcəsinə nəzər salsaq görərik ki, gələn il vəziyyət əvvəlki illərə nisbətən çətinləşə bilər. Dəyişikliklərə nəzər salan zaman ilk öncə xidmət sferasına diqqət yetirmək yerinə düşər. Gələn il büdcə sənədində nəzərdə tutulduğu kimi, xidmət sferasında qiymətlər arta bilər. Bu ya kommunal sektorda, ya da nəqliyyat sektorunda özünü göstərə bilər. Yəni bu sahələrdə qiymət artımı gözlənilir".
Samir Əliyevin sözlərinə görə, gələn il vergi məsələləri ilə bağlı da müəyyən sərt rejimin tətbiq olunması gözlənilə bilər: "Gələn il vergi güzəştlərinin ləğv edilməsi və ümumiyyətlə vergi bazasında sahibkarlar üçün nisbətən sərtləşdirilmiş qaydaların tətbiq edilməsi gözlənilir. Bu il sosial layihələrdə heç bir dəyişiklik edilməyəcək. Lakin bir sıra investisiya layihələrinin ləğvi gözlənilir. Bu da tikinti sektoruna birbaşa təsir edə bilər. Bu sektorda işlərin azalmasına və burada işləyən şəxslərin sayının və ya maaşlarının azaldılmasına gətirib çıxara bilər. Gələn illə bağlı təxmini mənzərə bundan ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB