336 nəfər işsiz qalacaq

"Twitter" şirkəti 9 illik fəaliyyəti dövründə iş yerlərinin ilk böyük ixtisarını planlaşdırır. SİA-nın məlumatına görə, 4100 əməkdaşın 336 nəfərinin işdən azad edilməsi nəzərdə tutulur ki, bu da ümumi ştatın 8 faizinə bərabərdir. İxtisarların aparılması elan edildikdən sonra şirkətin səhmləri 5,4 faiz bahalaşıb. "Twitter" ixtisara düşənlərin hamısına yeni iş tapmaqda yardımçı olacaq. Bəzi məlumatlara görə, şirkət strukturun yenidən qurulmasına 5-15 milyon dollar xərcləyəcək.

İxtisarlar şirkətin effektivliyini artırmaq məqsədilə həyata keçiriləcək. "Twitter"in yeni rəhbəri Cek Dorsi az işçi ilə işlərin daha sürətlə aparılacağına əminliyini ifadə edib.

2006-cı ildə təsis edilən "Twitter" şəbəkəsindən hazırda 35-dən çox dildə istifadə mümkündür. Aktiv istifadəçilərin sayı 316 milyona yaxındır.

Bütün xəbərlər Facebook səhifəmizdə