13 oktyabr 2015 il tarixində Gürcüstan tələbə təşkilatlarının sədrləri, eləcə də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndələri Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqının (ATGTI) qərargahında olublar. SİA-nın məlumatına görə, əvvəlcə qonaqları ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdi salamlayıb, sonra Beynəlxalq Əlaqələr departamentinin direktoru Nurxan Babayev qonaqlara təqdimat şəkilində ATGTI-nin tarixi, həyata keçirdiyi layihələri haqqında məlumat verib. Təqdimatın sonunda Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nicat Kərimov TGT-larının fəaliyyəti haqqında çıxış edib.
Qonaqlar ATGTİ-nin qərargahı ilə yaxından tanış olduqdan sonra, idarə heyəti ilə səmimi ünsiyyətdə olub və birgə layihələr barəsində təkliflər veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB