Ön cəbhə kəndlərinin sakinlərinə güzəştlər tətbiq olunsun TƏKLİF
"2016-cı ilin dövlət büdcəsi layihəsini dəstəkləyirəm. Büdcənin sosial yönümlü olması da önəmli məsələlərdəndir". SİA-nın məlumatına görə, bu sözləri deputat Qənirə Paşayeva Milli Məclisin plenar iclasında deyib. O, bir sıra təkliflərlə çıxış edib. Millət vəkili qeyd edib ki, təklifləri maddi vəsait tələb etməsə də, insanların böyük hissəsinin həyatına təsir göstərə bilər: "Ön cəbhə kəndlərindəki isanların xahiş və təkliflərini səsləndirmək istəyirəm. Bu kəndlərin insanları müharibə dövründə ağır günlər yaşayıblar. Evlərin, kəndlərin bərpası işləri gedir. Hər zaman bu kəndlər Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Qeyd edim ki, ön cəbhə kəndləri rayon mərkəzindən uzaq yerləşirlər. Oradakı iş problemləri rayonun özündən də çoxdur. Bu kəndlərdə torpaq islahatları obyektiv səbəbdən aparıla bilməyib. Təklif edirəm ki, ön cəbhə kəndlərindəki kiçik sahibkarlara vergi güzəştləri tətbiq olunsun.
Sözügedən kəndlərdən çoxlu sayda gənclər ali məktəblərə qəbul olurlar. Ön cəbhə kəndlərinin gənclərinin təhsil ödənişindən azad olunmasını təklif edirəm.
Həmin kəndlərin insanlarına sosial yardımla bağlı məsələlərə də diqqət ayrılması lazımdır ki, onlar dövlətin bu proqramlarından istifadə edə bilsinlər".
Millət vəkili Tovuzun Ağdam kəndinə gedən yolun düzəldilməsinin 2014-cü ildə başa çatmalı olduğunu, hansısa səbəbdən bu prosesin getmədiyini qeyd edib. O, həmin yolun düzəldiləməsini təklif edib.
"Ölkədə yüksək səviyyədə qazlaşma işləri aparılır. Kəndlərdə yeni evlər insanların öz vəsaitləri hesabına qazlaşdırlır. Sovet dövründən abunə olanlara qaz xəttləri çəkilsə də, yeni məhəllələrə çəkilməyib. Burada 100-150 ailə yaşayır. Kəndin 70 faizində qaz var, ancaq 30 faizində yoxdur. Onlar qaz boru xətlərinin yaxınlığa çəkilməsini istəyirlər. Buradan öz vəsaitləri hesabına evlərinə qaz çəkə bilərlər"-deyə, millət vəkili əlavə edib.
Q.Paşayeva Tovuzun içməli suyu və əkin sahələrinin suvarılması ilə bağlı böyük işlər həyata keçirildiyini, ancaq rayon mərkəzinə xətt çəkilsə də, ora yaxın 5 kəndə su çəkilmədiyini bildirib. O, 20 mindən çox əhalisi olan 5 kəndə su xəttinin çəkilməsini təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB