Sergey Lavrov: “DTİHB özünün əfəlliyi səbəbindən seçkilərə getməməyi qərara alıb”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) özünün zəifliyi və əfəlliyi səbəbindən Azərbaycanda seçkilərə getməməyi qərara alıb". Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu sözləri oktyabrın 12-də ATƏT-in baş katibi Lamberto Zanyer ilə birgə mətbuat konfransında söyləyib.
S.Lavrov deyib: "Dövlətlər müşahidəçiləri, o cümlədən ATƏT müşahidəçilərini dəvət etməyə borcludurlar. Həmin dövlətə məhz neçə nəfərin gəlməsinin əhəmiyyəti yoxdur. Bu, katibliyin təqsiri deyil, lakin mövcud qurum özünün əfəlliyi səbəbindən ardıcıl olaraq sınaqlara məruz qalır, onu tamdəyərli təşkilata çevirməkdən imtina edənlər isə (belələri azdır) onu elə vəziyyətdə saxlamağı üstün tuturlar ki, onunla manipulyasiya etmək asan olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB