Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda baş verən sürüşmə ilə bağlı ərazidə müəyyən tədbir işlərinə start verilib. Bu barədə xəbər SİA-ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin məlumat bürosundan xəbər verilib.
Hazırda sürüşmə baş verən ərazidə yerləşən dayanacağın önü qapadılıb. Sürüşmə baş verən ərazidəki yolda sutka boyu təmir işləri gedir. Bərkidilmə proseslərinin nə vaxt başa çatacağı və yolun nə vaxt açılacağı haqda hələ ki, məlumat yoxdur.
Avtobusların sürüşmə baş verən əraziyə keçidi dayandırılıb. Avtobuslar həmin ərazidəki yolda dayanacaqdan kənar saxlamağa məcbur olub. Bununla əlaqədar yol xəttində sıx tıxac yaranıb.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda sürüşmə oktyabrın 7-də baş verib. Nəticədə yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB