Gənclər və İdman naziri Azad Rəhimov 16 oktyabr 2014-cü il tarixdə Masallı rayonunda Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11.00-da Masallı rayon Gənclər Mərkəzində (Masallı şəhər, Talışxanov küç 73) baş tutacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbər görə, qəbula yazılmaq arzusunda olan vətəndaşlar 10-15 oktyabr tarixləri arası saat 9.00-dan 18.00-a dək aşağıda qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.
Masallı: 050 637 44 88 Masallı_UGİ[email protected]
Astara: 055 789 03 34 [email protected]
Cəlilabad: 050 (055) 315 25 25 [email protected]
Lerik: 050 349 57 79 [email protected]
Yardımlı: 050 682 71 23 [email protected]
Lənkəran: 051 505 30 30 [email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB