İki rayonda içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə SİA-ya "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, II Kür-Bakı magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 12 oktyabr 2015-ci il tarixdə gün ərzində Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB