Xəbər verdiyimiz kimi, bu gün - oktyabrın 11-də Belarusda prezident seçkiləri keçirilir. Azərbaycanın Minskdəki səfirliyindən verilən məlumata görə, bu gün Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı Rüfət Quliyev və parlament spikerinin köməkçisi, MDB Parlament Assambleyasında (PA) MM-in daimi nümayəndəsi Aydın Cəfərov Qomel vilayətinin Jlobin şəhərində və Minsk vilayətinin Smoleviçski rayonunda olublar. Onlar MDB PA-nın missiyasının tərkibində müşahidəçi kimi seçki məntəqələrində səsvermənin gedişini izləyirlər.
Həmçinin Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə və ölkəmizin Belarusdakı diplomatik nümayəndəliyinin əməkdaşları da onlarla birlikdə seçkini izləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB