Liftdə köməksiz qalan 4 nəfər xilas edilib

Liftdə köməksiz qalan 4 nəfər xilas edilib

Bu gün Sabunçu rayonunda 1 nəfər, Yasamal rayonunda isə 3 nəfər köməksiz vəziyyətdə liftdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən əsasən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açaraq vətəndaşı liftdən çıxarıb. Əməliyyat saat 17:33-də başa çatıb.

Digər hadisə Bakı şəhəri, Yasamal rayonunda baş verib. 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açaraq vətəndaşları liftdən çıxarıb. Əməliyyat saat 16:48-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə