Azərbaycan İpoteka Fondunun statistikasına görə, 2006-cı ilin sentyabr ayından bu günə 17 536 şəxs ipoteka kreditindən yararlanıb. Bu vaxtadək verilən kreditin ümumi məbləği 709 723 370 manata bərabərdir. SİA xəbər verir ki, 2014-cü il üzrə ipoteka götürən şəxslərin sayı 2 240 nəfəri təşkil edir. 2015-ci ilin ikinci rübü üzrə isə bu rəqəm 1 694 nəfəri təşkil edir. İl sonunadək bu sayının artacağı gözlənilir.
İpoteka kreditlərinin müxtəlif bölgələr üzrə bölgüsündə daha çox pay Bakı şəhərinin üstünə düşür. Bakı şəhəri üzrə 11679 nəfər ipoteka kreditlərindən yararlanıb. Bu bölgüdə 1563 nəfərlə Sumqayıt şəhəri ikinci yerdə dayanır. Abşeron rayonu və Xırdalan şəhəri üzrə isə 773 nəfər ipoteka kreditlərindən istifadə edib. Daha sonra, 599 nəfər Gəncə şəhəri, 142 nəfər Naxçıvan Muxtar Respublikası üzrə ipoteka kreditlərindən faydalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB