Düşmən xeyli sayda itki verib

Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var. SİA-nın verdiyi məlumata görə, ordumuzun bir hərbi qulluqçusu yaralanıb.

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə