Bu gün Milli Məclisin üzvü Mirkazım Məhəmməd oğlu Kazımovun 65 yaşı tamam olur. Yubilyar 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub.
Sovet dönəmində müxtəlif sahələrdə çalışıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə quruculuğunda yaxından iştirak edib, Yeni Azərbaycan Partiyasının ən fəal üzvlərindən biri kimi siyasi fəaliyyətini genişləndirib. YAP-ın fəal üçvü kimi verilən tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib. Məhz aktiv siyasi fəaliyyəti onu Milli Məclisə gətirib. 68 saylı Cəlilabad kənd seçki dairəsinin seçiciləri M.Kazımova etimad göstərib, onu millət vəkili seçiblər.
Mirkazım Kazımov YAP Siyasi Şurasının və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Həmçinin "Qasid" mətbuatyayımı firmasının prezidentidir.
SƏS Media Qrup adından Mirkazım Kazımovu anadan olmasının 65 illiyi münasibətilə ürəkdən təbrik edir ona bütün işlərində uğurlar, siyasi fəaliyyətində nailiyyətlər arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB