Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək
Oktyabrın 12-dən 17-dək Buxarest şəhərində (Rumıniya) münaqişəsonrası yenidənqurma və sabitləşmə kursu, oktyabrın 12-dən 22-dək Budapeşt şəhərində (Macarıstan) müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya kursu keçiriləcək. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB