Marşrutlarda oğurluq faktları artıb DİQQƏT

Marşrutlarda oğurluq faktları artıb DİQQƏT

Dünən Avtovağzal və "Qurtuluş 93" xətti üzr hərəkət edən 215 saylı marşrutda daha bir oğurluq hadisəsi törədilib. SİA-nın məlumatına görə, hadisə axşam saatlarında baş verib.

Sərnişinlərin dediyinə görə, son vaxtlar marşrutlarda oğurluq hadisələrinin sayı artıb. Səbəbi isə daha çox marşrutdakı sıxlıqla əlaqələndirirlər. Cibgirlər daha çox axşam saatlarında fəaliyyət göstərirlər.

Bu cür hadisələr daha çox axşam saatlarına təsadüf edir. Daha çox da hədəf kimi yaşlı insanlar seçilir. Dünən baş vermiş hadisədə də məhz yaşlı bir adamın 20 manatı oğurlanıb.

Yaşlı qadın sərnişinlərdən birinin dediyinə görə, belə sıx marşrutlarda cibgirlər dəfələrlə çantasından pul oğurlamağa çalışıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsindən verilən məlumata görə, belə hallar baş verilən zaman oğurluğa məruz qalmış şəxslər həmin rayon üzrə polis idarələrinə müraciət edə bilərlər. Oğurluq törətmiş şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İyirmi üçüncü fəsil: Mülkiyyət əleyhinə olan cinayətlər bölməsinin maddələri əsasan mühakimə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə