Qənirə Paşayeva Pakistan rəsmisi ilə Azərbaycan həqiqətlərindən danışıb

Qənirə Paşayeva Pakistan rəsmisi ilə Azərbaycan həqiqətlərindən danışıb

Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Pakistan Prezident Administrasiyasının rəhbəri Faruk Əhmədlə görüşüb. SİA-nın verdiyi məlumata görə, onu və xanımını Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən millət vəkili Faruk Əhməd və xanımına Azərbaycanda görülən işlərlərlə bağlı geniş danışıb və xalqımızın Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib: "Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin və sizin kimi bu məsələyə dəstək verən ədalətli insanların bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir".

Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb.

Faruk Əhməd Azərbaycanı çox sevdiyini, gözəl görüşlər keçirdiyini və dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini xüsusi vurğulayaraq münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artıracağıq deyib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Prezident Admnistrasiyasının rəhbəri "bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq" deyib.

Azərbaycana, mədəniyyətinizə, musiqinizə, mətbəxinizə, ən əsası mehriban insanlarınıza və gözəl şəhərinizə heyran qaldım deyən Pakistan Prezident Administrasiyasının rəhbəri Faruk Əhməd və xanımı millət vəkili Q.Paşayevanın "Uzaqdakı ən yaxın- Pakistan" kitabının Pakistanı Azərbaycanda daha geniş və yüksək səviyyədə tanıtmaqda böyük rol oynadığını da vurğulayaraq sizə ölkəmiz və xalqımız adından təşəkkürümüzü bildiririk deyib və kitabda onunla görüşün də öz əksini tapmasından çox məmun olduğunu bildirib. Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişafı üçün hər birimiz hər zaman əlimizdən gələn etməliyik deyən millət vəkili Qənirə Paşayeva Bakıdan İslamabada açılan birbaşa təyyarə reysinin əlaqələrimizin inkişafına, insanlarımız arasında gediş-gəlişin artacağına müsbət töhvə verəcəyini bildirib.

Birbaşa təyyarə reysi insanlarımız arasında qarşılıqlı gediş-gəliş, turizm və ticarət əlaqələrinə də özünün müsbət təsirini göstərəcək deyən millət vəkili Q.Paşayeva yaxın günlərdə rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB tərəfindən Faruk Əhməd əsərlərindən birinin Azərbaycanda nəşr ediləcəyi məlumatını da ona çatdrıb. Azərbaycanda özümüzü öz evimizdəki kimi hiss edirik deyən Faruk Əhməd təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə