Tarixin bu günü, bu günün tarixi

Tarixin bu günü, bu günün tarixi

Əhəmiyyətli hadisələr

1503-cü ildə Moskvadakı monastırların birində gələcəkdə rusların simvoluna çevriləcək "vodka"nın resepti hazırlanıb.

1789-cu ildə Fransız həkim Qilyotin öz bədnam ölüm maşınınının maketinin dövlətə təqdim edib.

1913-cü ildə Panama kanalı açılıb.

1918-ci ildə Azərbaycan Demokratik Respublikasında Bakı şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandasının təsis edilib.

1918-ci ildə Antanta və ABŞ Sovet Rusiyasına qarşı iqtisadi blokada tətbiq edib.

1921-ci ildə İlk İraq-Britaniya sazişi imzalanıb.

1933-cü ildə ABŞ-da ilk dəfə yuyucu toz satışa çıxarılıb.

1963-cü ildə Yerin təkində, suda və havada nüvə sınaqlarının qadağan edilməsinə dair müqavilə imzalanmıb.

1967-ci ildə Kosmik fəzadan istifadə haqqında saziş imzalanıb.

1993-cü ildə Andreas Papandreu 74 yaşında Yunanıstanın baş naziri seçilib.

1997-ci ildə Meksikada Paulina qasırğası 200 nəfərin həyatına son qoyub.

1997-ci ildə Dario Fo Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

1998-ci ildə Heydər Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2002-ci ildə İmre Kertes Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

2003-cü ildə Hüquq müdafiəçisi, Güney Azərbaycandan olan Şirin İbadi Nobel mükafatı alıb.

2007-ci ildə GÜAM çərçivəsində Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna prezidentləri Strasburqda Birgə Bəyannamə imzalanıb.

2009-cu ildə İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokollar - "Diplomatik münasibətlərin təsis olunması protokolu" və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu" imzalanıb.

Doğumlar

1470-ci ildə Yavuz Sultan Səlim - Osmanlı imperatoru (ö. 1520).

1731-ci ildə Henri Kavendiş - ingilis fiziki (ö.1810).

1813-cü ildə Cüzeppe Verdi - italyan bəstəkar (ö. 1901).

1913-cü ildə Klod Simon - fransız yazıçı.

1930-cu ildə Harold Pinter - ingilis dramaturq.

1935-ci ildə Şəkər Aslan - azərbaycanlı şair.

1936-cı ildə Nana Mouskouri - müğənni.

1963-cü ildə Hülya Avşar - türk kinoaktrisa, müğənni.

1967-ci ildə İbrahim Erkal - müğənni, bəstəkar, şair, kino aktyor, sahibkar, xeyriyyəçi.

Ölümlər

680-ci ildə Abdullah ibn Həsən

680-ci ildə İmam Hüseyn - 2-ci şiə imamı.

1963-cü ildə Edit Piaf - fransız müğənni.

1970-ci ildə Eduard Deladye - fransız siyasətçisi.

Bayramlar və xüsusi günlər

Azərbaycan,Yanğınsöndürənlərinin peşə bayramı günü

Bütün xəbərlər Facebook səhifəmizdə